13 
Yan
2022
10:44
130
13
1844
Virtual karabakh

Millimizin baş məşqçisi: “Dəvət etdiyimiz komandalar Bakıya gəlməkdən imtina etdi” - FOTO

13 Yan, 2022
10:44
1844

Millimizin baş məşqçisi: “Dəvət etdiyimiz komandalar Bakıya gəlməkdən imtina etdi” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“8 aydan sonra komanda yığışıb. Ukrayna ilə oyuna az məşq keçib çıxmışdıq. Legionerlərimiz bu matçda oynamırdı. Ukrayna ilə oyunda səhvlərin olması normal idi. Çünki cəmi 5 gün məşq keçmişdik. İndi isə Avropa çempionatına tam heyətlə hazırlaşırıq”. 

Oxu.Az-ın xəbərinə görə, bunu futzal millimizin baş məşqçisi Joze Alesio da Silva deyib. 

Futzal üzrə millimiz bu ay Niderlandda keçiriləcək Avropa çempionatında mübarizə aparacaq. Komandamızın baş məşqçisi hazırlıq və turnirdəki rəqiblərimiz barədə fikirlərini açıqlayıb: 

“Bazar günü biz Belçikaya yola düşəcəyik. Orada Belçika millisi ilə qarşılaşacağıq. İlk oyun Gürcüstanla olacaq. Bu matç bizim üçün finala bərabər oyun olacaq. Komandada ciddi zədə yoxdur. Yüngül zədəli olanlar var. Fiziki baxımdan problem yaşamırıq. Əlbəttə ki, Avropa çempionatı öncəsi oktyabr və noyabrda da yoxlama oyunları keçirmək istəyirdik. Ancaq rəqib tapmaqda çətinlik çəkdik. Pandemiya ilə əlaqədar olaraq bəzi ölkələr Bakıya gəlməkdən imtina etdi.

Çalışacağıq ki, Avropa çempionatında yaxşı nəticə göstərək. Çünki heyətimizdə elə oyunçular var ki, karyeralarını bitirəcəklər”. 

Qeyd edək ki, millimiz Avropa çempionatında ilk matçını yanvarın 22-də Gürcüstana qarşı keçirəcək. 

Səbuhi Musayev

Foto: Firudin Səlimov

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri