13 
Yan
2022
13:20
218
70
4720
Virtual karabakh

Bakı İdman Sarayının yeni direktoru: “Boks, kikboksinq, cüdo və kontakt karate ilə məşğul olmuşam”

13 Yan, 2022
13:20
4720

Bakı İdman Sarayının yeni direktoru: “Boks, kikboksinq, cüdo və kontakt karate ilə məşğul olmuşam”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2 həftə əvvəl gənclər və idman naziri Fərid Qayıbovun əmrinə əsasən Bakı İdman Sarayına direktor təyin edilmişəm. Bu təyinata qədər son iş yerim “Azərişıq” ASC idi. Orada Satışa nəzarət idarəsinin rəis müavini işləyirdim”.

Bunu Oxu.Az-a açıqlamasında Bakı İdman Sarayının yeni direktoru Əli Əsgərov deyib.

Dekabrın 22-də bu quruma direktor təyin olunan Əli Əsgərov yeni işində görəcəyi işlərdən danışıb:

“Məqsədimiz bu kompleksin müasir standartlara uyğun qurulmasıdır. Struktur, xidmət, servis qurulmalıdır. Elə servis qurmaq istəyirik ki, beş ulduzlu hotelin xidmətinə bərabər olsun. İş prosesi böyüdükcə, mühafizə sistemini təkmilləşdirəcəyik. Bu barədə çox danışmaq da istəmirəm. Çünki elə başa düşülməsin ki, bizdən əvvəlki direktor burada heç bir iş görməyib. Biz, sadəcə, sarayın daha da müasirləşdirilməsi yönündə çalışacağıq. Artıq idman zallarını seksiyalara bölərək formalaşdırırıq”.

47 yaşlı direktor özünün də idmanla məşğul olduğunu bildirib:

“Boks, kikboksinq, cüdo və kontakt karate ilə məşğul olmuşam. Həmişə idmanla əlaqəli şəxs olmuşam”.

Qeyd edək ki, Əli Əsgərov Bakıda doğulub, paytaxtın 6 nömrəli tam orta məktəbini bitirib. O, ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında alıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri