16 
Yan
2022
18:24
249
66
4548
Virtual karabakh

Cokoviç “11 günlük cəhənnəmdən sonra” Avstraliyanı tərk etdi - YENİLƏNİB

16 Yan, 2022
18:24
4548

Cokoviç “11 günlük cəhənnəmdən sonra” Avstraliyanı tərk etdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın bir nörməli tennisçisi Novak Cokoviç Avstraliyanı tərk edib.

Bu barədə bazar günü Serbiyanın “Kurir” nəşri məlumat yayıb.

Bildirilib ki, Cokoviç yerli vaxtla saat 22:30-da (Bakı vaxtı ilə 15:30) Dubaya uçan təyyarə ilə Avstraliyadan gedib. “Təyyarə Melburn hava limanından Dubaya 15 dəqiqəlik gecikmə ilə uçub. Bu isə o deməkdir ki, 11 günlük cəhənnəmdən sonra Cokoviç Avstraliyanı tərk edib”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, idman həvəskarlaının bütün ümidlərinin əksinə olaraq, Avstraliya Açıq çempionatının 9 qat qalibi builki turnirdə iştirak edə bilməyəcək.

Mənbə: TASS

12:40

Avstraliya Federal Məhkəməsi hazırda dünyada bir nömrəli tennisçi olan Novak Cokoviçin apellyasiya şikayətini rədd edib və onun vizası ləğv olunub.

Məhkəmə Novak Cokoviç yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd olunmadığı üçün belə qərar verib.

Tennisçinin yaxın saatlarda ölkədən deportasiya ediləcəyi gözlənilir. Tennisçi üç il müddətində Avstraliyaya səfər üçün viza ala bilməz.

Beləliklə, Novak Cokoviç Avstraliya Açıq Çempionatında iştirak edə bilməyəcək.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri