16 
Yan
2022
17:57
30
147
2231
Virtual karabakh

“Real Madrid”in ulduzu “Mançester Siti”nin hədəfində

16 Yan, 2022
17:57
2231

“Real Madrid”in ulduzu “Mançester Siti”nin hədəfində

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Madrid “Real”ının ulduz futbolçusu Vinisius Junior karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

İngiltərə mətbuatının məlumatına görə, braziliyalı hücumçu hazırda “Mançester Siti”nin hədəfindədir.

“Şəhərlilər” artıq 22 yaşlı forvard üçün “kral klubu”na rəsmi sorğu göndərdiyi iddia olunur. Premyer Liqa klubu Vinisiusa bu yaxınlarda İspaniya “Barselona”sına transfer olunan Ferran Torresin əvəzləyicisi kimi baxır.

Bildirilir ki, Mançester təmsilçisi gənc oyunçunu cari mövsümün sonunda heyətinə qatmaq istəyir. Lakin La Liqa klubu aparıcı futbolçusunu satmağa elə də isti yanaşmır.

Qeyd edək ki, Vinisius 2018-ci ildən etibarən Madrid klubunda çıxış edir. O, komandanın heyətində ümumilikdə 145 oyun keçirib və 29 qol, 32 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: mirror.uk

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri