17 
Yan
2022
10:28
383
11
1706
Virtual karabakh

Bu gün boks kralının doğum günüdür

17 Yan, 2022
10:28
1706

Bu gün boks kralının doğum günüdür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün dünya şöhrətli boksçu Məhəmməd Əlinin doğum günüdür.

Sağ olsaydı əfsanəvi boksçu 80 yaşını qeyd edəcəkdi.

Əsl adı Kassius Martsellus Kley olan boksçu 1942-ci ildə Kentukki ştatının Luisvill şəhərində doğulub.

Kassius Kleyin həvəskar boksda ən böyük nailiyyəti 1960-cı il Olimpiadası ilə bağlıdır. Həmin yarışda 18 yaşlı boksçu çempion adını qazanıb. Həmin ildə də o, peşəkar boks karyerasına start verib. Məhəmməd Əlinin (bu adı o, 1975-ci ildə islamı qəbul etdikdən sonra götürüb - red.) rinqdə özünün yüksək sürəti və ayaqlarının fantastik hərəkətləri ilə seçilirdi.

Məhəmməd Əli üçqat dünya çempionu tituluna yiyələnən ilk ağırçəkili boksçu kimi tarixə düşüb.

M.Əli həmçinin, üç dəfə Mütləq Dünya Çempionu adına sahib olmuş yeganə boksçudur.

O, 1964-1966, 1974-1978-ci illərdə ağır çəkidə mütləq dünya çempionu olub. 1974-1978-ci illərdə WBC, 1967, 1974—1978, 1978-ci illərdə WBA versiyası üzrə dünya çempionu olmuşdur.

Qeyd edək ki, tənəffüsündə yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilən əfsanəvi boksçu Məhəmməd Əli 2016-cı il 4 iyun tarixində 74 yaşında ABŞ-da vəfat edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri