17 
Yan
2022
09:56
235
21
4846
Virtual karabakh

İstanbul nəhəngi Qurban Qurbanovun oğlunu transfer etmək istəyir

17 Yan, 2022
09:56
4846

İstanbul nəhəngi Qurban Qurbanovun oğlunu transfer etmək istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “Beşiktaş” klubu 21 yaşadək millimizin və “Qarabağ”ın futbolçusu Musa Qurbanlını heyətinə qatmaq istəyir.

Oxu.Az xəbər verir ki, bu iddianı Türkiyənin “Fotospor” nəşri irəli sürüb.

Xəbərə görə, “Beşiktaş”ın baş məşqçisi Öndər Karavəli yaxından tanıdığı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlunu komandasına götürmək istəyir.

19 yaşlı Musa Qurbanlı cari mövsüm Azərbaycan Premyer Liqasında səkkiz matçda altı qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb. Hər 79 dəqiqədə “Qarabağ”ın bir qoluna töhfə verən gənc futbolçu üçün “Qarabağ”la danışıqlar aparıldığı bildirilir.

Qeyd edək ki, Öndər Karavəli ötən mövsüm “Qarabağ”da Qurban Qurbanovun köməkçisi işləyib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri