18 
Yan
2022
00:06
81
27
2420
Virtual karabakh

“The Best”: Bizimkilər kimi seçiblər?

18 Yan, 2022
00:06
2420

“The Best”: Bizimkilər kimi seçiblər?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi və kapitan Maksim Medvedev FIFA-nın “The Best” mükafatı üçün keçirdiyi sorğuda səs verib.

İtaliyalı mütəxəssis ilin ən yaxşı futbolçusu nominasiya üzrə seçimi yekunda qalib olub. O, Almaniya “Bavariya”sından Robert Levandovskiyə səs verib. 66 yaşlı baş məşqçi İngiltərənin “Çelsi” klubunda çıxış edən italiyalı yarımmüdafiəçi Jorjinyonu ikinci, “Liverpul”dan misirli forvard Məhəmməd Salahı isə üçüncü yerə layiq görüb.

Yığmanın və “Qarabağ”ın kapitanı Maksim Medvedevin isə seçimi fərqli olub. 33 yaşlı müdafiəçi Fransanın PSJ klubundan Kilian Mbappeni ən yaxşı hesab edib. O, Levandovskini ikinci, İngiltərənin “Çelsi” klubundan fransalı yarımmüdafiəçi NQolo Kanteni isə üçüncü sırada göstərib.

Qeyd edək ki, Robert Levandovski FIFA-nın versiyasına əsasən ardıcıl ikinci dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri