18 
Yan
2022
11:28
92
13
2504
Virtual karabakh

“Ən yaxşı” futbolçu mükafatı: Levandovski, Messi və Ronaldu kimə səs verib?

18 Yan, 2022
11:28
2504

“Ən yaxşı” futbolçu mükafatı: Levandovski, Messi və Ronaldu kimə səs verib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

FIFA-nın “The Best” mükafatını qazanan Polşa millisinin və Almaniyanın “Bayern” klubunun futbolçusu Robert Levandovskinin sorğuda kimlərə səs verdiyi bəlli olub.

Oxu.Az xəbər verir ki, Polşa yığmasının kapitanı İngiltərənin “Çelsi” klubunda çıxış edən Jorjinyonu birinci yerə layiq görüb.

O, Lionel Messini ikinci, Kriştianu Ronaldunu üçüncü sırada göstərib. Messi isə hazırkı komanda yoldaşlarını ilk pilləyə layiq görüb. O, Mbappeni ilin futbolçusu hesab edibsə, Neymarı ikinci yerdə təqdim edib. Messi Kərim Benzemanı üçüncü ən yaxşı oyunçu sayıb.

Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldu seçimində yanılmayıb. Təcrübəli forvard Levandovskini ilk pilləyə layiq görüb. “Mançester Yunayted”in futbolçusu “Çelsi” dən NQolo Kanteni ikinci, Jorjinyonu isə üçüncü pillədə göstərilib.

Qeyd edək ki, Robert Levandovski dünən ardıcıl ikinci dəfə “The Best” (“Ən yaxşı”) mükafatına sahib çıxıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri