18 
Yan
2022
22:14
210
21
1300
Virtual karabakh

“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

18 Yan, 2022
22:14
1300

“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin IV turunun oyunları keçirilib.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu raundda polşalı Yan-Kşiştof Duda ilə qarşılaşıb. 37 yaşlı qrossmeyster 41-ci gedişdə rəqibini məğlub edib.

Məmmədyarov bundan əvvəl keçirdiyi 3 görüşün hamısında heç-heçəyə razılaşıb. O, hazırda 2,5 xalla 2 - 6-cı yerləri bölüşdürür.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarışda 14 şahmatçı iştirak edir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri