19 
Yan
2022
10:36
74
150
7485
Virtual karabakh

Polşa klubu Mahir Emreli üçün Türkiyə klublarına qiymət oxudu

19 Yan, 2022
10:36
7485

Polşa klubu Mahir Emreli üçün Türkiyə klublarına qiymət oxudu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşanın “Legiya” klubu komandanın toplanışına qatılmayan Mahir Emreliyə elçi düşən Türkiyə təmsilçilərindən tələb etdiyi məbləğ bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, “Başakşəhər” və “Sivasspor” kimi Super Liqa klubları varşavalılarla danışıqlar aparsalar da, tərəflər ortaq məxrəcə gələ bilməyib.

Belə ki, “Legiya”nın avtobusuna məlum hücum zamanı təhlükəsizlik tədbirlərinin görülmədiyini əsas gətirərək polşalılarla vidalaşmağı hədəfləyən Emrelinin davranışı qarşı tərəfin prinsipial mövqe tutmasını şərtləndirib. Azərbaycan millisinin hücumçusuna görə 2,5 milyon avro istəyən paytaxt klubu məbləğ məsələsində güzəştə getmək niyyətində deyil. Məhz bu səbəbdən hazırda Bakıda məşq edən Emrelinin Türkiyə Super Liqasında oynamaq arzusu reallaşmır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri