19 
Yan
2022
16:44
80
32
1236
Virtual karabakh

Atletika Federasiyasında prezident seçkisi keçirildi, Avropa çempionu İcraiyyə Komitəsinə üzv seçildi

19 Yan, 2022
16:44
1236

Atletika Federasiyasında prezident seçkisi keçirildi, Avropa çempionu İcraiyyə Komitəsinə üzv seçildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Atletika Federasiyasının seçki konfransı keçirilib.

Oxu.Az xəbər verir ki, konfransda Respublikanın idman cəmiyyətlərinin, klublarının, idmançı və veteran idmançıların, məşqçilərin və hakimlərin  nümayəndələri iştirak edib.

Seçkiyə əsasən Çingiz Hüseynzadə yenidən Atletika Federasiyasının prezidenti vəzifəsinə seçilib. Həmçinin seçicilər Firat Hüseynova federasiyanın vitse-prezidenti, Məhərrəm Sultanzadəyə baş katib kimi səs verib.

Federasiyanın İcraiyyə Komitəsinin üzvlüyünə aşağıdakı 13 şəxs seçilib. Onların arasında üçtəkanla tullanma üzrə Avropa çempionu Nazim Babayev də var: Çingiz Hüseynzadə, Firat Hüseynov, Məhərrəm Sultanzadə, Aida İsayeva, Bəhruz Salehli, Elman Rzazadə, Kamal Əhmədov, Könül Nurullayeva, Mehdi Nağıyev, Nazim Babayev, Tamilla Bünyadova, Sergey Antipov, Şirin Vəliyev

Qurumun Nəzarət-Təftiş Komissiyasının sədri Rəhim Xəlilov seçilib. Bu komissiyanın digər üzvləri isə Lyudmila Əliyeva və Kənan Məhərrəmov olacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri