19 
Yan
2022
22:12
29
120
3743
Virtual karabakh

MOİK üzr istədi, “Spartak” və “Lokomativ” klubu ələ saldı - FOTO

19 Yan, 2022
22:12
3743

MOİK üzr istədi, “Spartak” və “Lokomativ” klubu ələ saldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

MOİK klub televiziyasının baş redaktoru Katerina Kirilçeva Yusuf Yazıcı ilə bağlı məlum videoya görə üzr istəyib.

Komandanın ictimaiyyətlə əlaqələr üzrə direktoru Sergey Aksenov isə bildirib ki, bu hadisəyə görə məsuliyyət daşıyanlar işdən kənarlaşdırılıb.

Bu arada Rusiyanın digər bir futbol klubu “Lokomotiv” Kirilçevanın üzrxahlığına yazılan şərhlərdə MOİK-i ələ salıb.

“Dəmiryolçular” kameraya baxan və Nataşa adlı qızı ayağa qalxmamağa çağıran pişiklərdən ibarət mem dərc edib.

Daha bir paytaxt klubu “Spartak” da mövzudan yan keçməyib. Komandanın “Twitter” səhifəsində əvvəlcə sevinən, sonra isə məyus olan bir idmançının fotosu yayılıb.

Şəkil “Adi yaxşı gündür/Gözüm Moskva komandalarından birinin “Twitter”inə sataşdı” yazısı ilə paylaşılıb.

Mənbə: “Matç TV”, Championat.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri