19 
Yan
2022
21:40
170
41
3178
Virtual karabakh

Bolqarıstan klubu “Neftçi” ilə oynamaqdan imtina etdi

19 Yan, 2022
21:40
3178

Bolqarıstan klubu “Neftçi” ilə oynamaqdan imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin Bolqarıstanın 
“MOİK 1948” komandası ilə yoxlama oyunu baş tutmayacaq.

Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sofiya təmsilçisi “ağ-qaralar”a qarşı matçdan imtina edib. Klub bunu texniki səbəblərlə əlaqələndirib.

”MOİK-1948” həmin tarixdə Şimali Makedoniya “Borets”i ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Neftçi” Antalyada artıq iki yoxlama oyunu keçirib. Son ölkə çempionu ilk sınağında Macarıstan “Kişvarda”sı ilə 2:2 hesablı heç-heçə edib. Paytaxt təmsilçisinin Polşanın “Visla” (Plotsk) klubu ilə matçında da qalib müəyyənləşməyib - 1:1.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri