21 
Yan
2022
07:14
166
17
2221
Virtual karabakh

Cokoviç Avstraliya hökumətindən altı milyon dollar təzminat tələb edəcək

21 Yan, 2022
07:14
2221

Cokoviç Avstraliya hökumətindən altı milyon dollar təzminat tələb edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Serb tennisçi Novak Cokoviç Avstraliya hökumətini məhkəməyə vermək niyyətindədir. O, Avstraliya hökumətindən qeyri-qanuni rəftar, “Australian Open” turnirində iştiraka görə itirdiyi potensial gəlirə görə 6 milyon dollar təzminat tələb etməyi planlaşdırır.

Hazırda dünyanın birinci tennisçisinin vəkillərinin hansı məhkəməyə müraciət edəcəyi bəlli deyil.

Yanvarın 6-na keçən gecə Avstraliya açıq çempionatında iştirak etmək üçün ölkəyə daxil olarkən 34 yaşlı serbiyalı tibbi peyvənddən azad olunduğu üçün viza problemi ilə üzləşib. Onun vizası ləğv edilib.

Tennisçinin vəkilləri apellyasiya şikayəti versə də, apellyasiya şikayəti təmin edilib, lakin bir neçə gün sonra Avstraliyanın immiqrasiya naziri Aleks Houk onun vizasını yenidən ləğv edib. Bu dəfə məhkəməyə müraciət ayın 16-da ölkəni tərk etmək məcburiyyətində qalan Cokoviçin xeyrinə olmayan qərarla yekunlaşıb.

Mənbə: The Sun

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri