21 
Yan
2022
04:08
21
161
4913
Virtual karabakh

“Mançester Yunayted”in baş məşqçisi Ronaldunu niyə əvəz etdiyini açıqladı

21 Yan, 2022
04:08
4913

“Mançester Yunayted”in baş məşqçisi Ronaldunu niyə əvəz etdiyini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Brentford”- “Mançester Yunayted” oyunundan sonra (1:3) açıqlama verəm “Qırmızı şeytan”ların baş məşqçisi Ralf Rankinq oyunun gedişində Kriştianu Ronaldunu niyə əvəz etməsinə aydınlıq gətirib.

“Ronaldu əvəzetmədən dərhal sonra onu niyə oyundan uzaqlaşdırdığımı soruşdu. Ona bildirdim ki, mən bu qərarı komandanın və klubun maraqları üçün vermişəm”, - deyə Ralf Rankinq vurğulayıb.

63 yaşlı baş məşqçi Ronaldunun qərardan narazı qaldığı söyləyib:

“O, bombardirdir, meydanda qalmaq və qol vurmağa çalışır. Amma bizim üçün kompakt oynamaq, meydançaya təzə qüvvələr ataraq standart vəziyyətlərdə müdafiə olunmaq vacib idi”.

Qeyd edək ki, İngiıtərənin “Mançester Yunayted” komandasında futbolçu Kriştianu Ronaldu ilə baş məşqçi Ralf Ranqnik arasında gərginlik yaşanıb.

71-ci dəqiqədə Ranqnik Ronaldunu Harri Maquayrla əvəzləməyi qərara alıb. Portuqaliyalı hücumçu meydanı tərk edərkən, kameralar önündə Ranqnikə qışqıraraq deyib: “Niyə mən? Niyə məni meydandan çıxardın”?

Mənbə: Evening News

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri