20 
Yan
2022
17:08
169
13
1058
Virtual karabakh

Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə beynəlxalq turnir keçiriləcək - FOTO

20 Yan, 2022
17:08
1058

Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə beynəlxalq turnir keçiriləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

21-22 yanvar tarixlərində Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” Karate Klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş VI "Arpachay Open" beynəlxalq karate turniri keçiriləcək. 

Oxu.Az xəbər verir ki, ənənəvi yarışda 30-dək klubu təmsil edən 550-dək idmançı iştirak edəcək. Xatirə turniri uşaq, yeniyetmə və 21 yaşadək gənclər arasında 7 yaş dərəcəsi üzrə təşkil olunacaq.

6-7, 8-9 və 10-11 yaşlı uşaqlar sabah, 12-13 yaşlı uşaqlar, eləcə də 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər isə bazar günü mübarizə aparacaq.

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək beynəlxalq xatirə turnirinin təntənəli açılış mərasimi sabah saat 17:00-da başlanacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri