20 
Yan
2022
15:08
27
97
1113
Virtual karabakh

Koronavirus testi müsbət çıxmış idmançımız Niderlanda getdi

20 Yan, 2022
15:08
1113

Koronavirus testi müsbət çıxmış idmançımız Niderlanda getdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 16-da Belçikada COVID-19 testi müsbət nəticələnən Azərbaycan millisinin üzvü Eduardo Borges dünən növbəti dəfə test verib.

Oxu.Az xəbər verir ki, nəticə neqativ olub və müdafiəçi bu gün Belçikadan Niderlanda gəlib, komandaya qoşulub.

Bir gün əvvəl heyətə cəlb edilən İran əsilli futzalçı Hadi Əhmədi də artıq millinin Qroninqendəki düşərgəsindədir. O zədələnən və “Maneka” kimi tanınan Emanuel Rodriqesi əvəzləyib.

Xatırladaq ki, futzal millimiz yanvarın 22-də Avropa çempionatında ilk oyununu Gürcüstana qarşı keçirəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri