20 
Yan
2022
19:54
134
27
2499
Virtual karabakh

Çempionlar Liqasının “Lill” - “Çelsi” və PSJ - “Real Madrid” matçları neytral meydançalarda keçirilə bilər

20 Yan, 2022
19:54
2499

Çempionlar Liqasının “Lill” - “Çelsi” və PSJ - “Real Madrid” matçları neytral meydançalarda keçirilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Lill” - “Çelsi” və PSJ - “Real Madrid”  matçları ilə bağlı vəziyyəti şərh edib.

Bildirilib ki, Fransada yarışlarda iştirak edən bütün idmançıların koronavirusa qarşı peyvənd edilməsi tələb olunur. Bu isə London və Madrid klublarının peyvənd olunmamış oyunçularının matçlarda iştirakına mane ola bilər.

“UEFA fevral ayında klub yarışlarının bərpası ərəfəsində Avropadakı bütün maraqlı tərəflərlə əlaqə saxlayır. Hər bir ölkədə matçların hansı konkret şərtlər altında keçiriləcəyi həmin ölkənin səlahiyyətli orqanlarının qərarlarından asılıdır”, - deyə qurumun bəyanatında deyilir.

ESPN-in məlumatına görə, hazırda oyunların neytral meydançalarda keçiriləcəyi ehtimalı var. UEFA-nın qaydalarına əsasən, ev sahibləri neytral ölkədə yerləşən alternativ məkan təklif etməlidirlər.

Mənbə: sports.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri