21 
Yan
2022
11:04
55
167
2032
Virtual karabakh

Beş illik fasilədən sonra bərpa olunan yarış Bakıya salındı

21 Yan, 2022
11:04
2032

Beş illik fasilədən sonra bərpa olunan yarış Bakıya salındı

Bu il yunan-Roma güləşi üzrə Dünya Kuboku Bakıda keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin onlayn iclasında qərar qəbul olunub.

UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyevin də qatıldığı vebinarda yarışın 5-6 noyabrda təşkil ediləcəyi açıqlanıb.

Əvvəlki illərdən fərqli olaraq, bu dəfə Dünya Kubokunda 8 yox, 6 komandanın iştirakı nəzərdə tutulub. Ötən il Norveçin paytaxtı Osloda keçirilmiş dünya çempionatında komanda hesabında ilk “5-lik”də yer alan Rusiya, İran, Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, dünya yığması da (“All Star”) kubok uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Dünya Kuboku 5 illik fasilədən sonra keçiriləcək. Klassik güləş üzrə Azərbaycan millisi 1 dəfə – 2015-ci ildə İranın paytaxtı Tehranda keçirilən yarışda kubokun sahibi olub. Sonuncu dəfə İranın Abadan şəhərində 2017-ci ildə keçirilmiş analoji yarışda Azərbaycan millisi meydan sahiblərinə uduzaraq ikinci olub.

Bakı şəhəri isə iki dəfə (2004, 2012) sərbəst güləş üzrə Dünya Kubokuna ev sahibliyi edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri