21 
Yan
2022
13:52
44
116
1674
Virtual karabakh

Cüdoda saçın və kəmərin düzəldilməsinə ikinci dəfə icazə verilməyəcək

21 Yan, 2022
13:52
1674

Cüdoda saçın və kəmərin düzəldilməsinə ikinci dəfə icazə verilməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Cüdo Federasiyası (IJF) növbəti olimpiya tsikli üçün yeni qaydalar tətbiq edib.

Oxu.Az xəbər verir ki, bəzi fəndlər əks tərəfə tətbiq edildikdə qiymətləndirilməyəcək.

İdmançının eyni yerdən qanaxması olarsa, hakim rəqibi qalib elan edəcək. 

Bundan əlavə, kəmərin və saçın düzəldilməsinə bir dəfə icazə veriləcək. İkinci dəfə bu hal icazəsiz təkrar olunsa, cüdoçu şido (xəbərdarlıq) ilə cəzalandırılacaq. 

Eləcə də, cüdoqi qaydalara uyğun olmazsa, idmançı yarışdan kənarlaşdırılacaq.

Böyüklər arasında dünya çempionatında iştirak üçün idmançı böyüklər arasında reytinq cədvəlində ilk “100-lük”də olmalıdır. Eyni zamanda, gənc idmançılar arasında “16-lıq”da olan atletlər də böyüklər arasında dünya çempionatına buraxılacaq.

2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının lisenziya xalları bu ilin iyunun 24-dən 23 iyun 2024-cü ilədək keçiriləcək yarışlardan toplanacaq. Olimpiadaya lisenziya qazanmaq üçün reytinq sıralamasında ilk “17-lik”də yer almaq lazım olacaq.

Yeni yarış və idman qaydaları 28-30 yanvar tarixlərində keçiriləcək Portuqaliya Qran Prisindən etibarən tətbiq edilməyə başlanacaq. Almada şəhərində keçiriləcək yarışda Azərbaycan cüdoçuları da iştirak edəcək. Yeni qaydalar daxili yarışlarda mart ayından etibarən tətbiq edilməyə başlanacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri