22 
Yan
2022
05:04
352
14
4631
Virtual karabakh

12 yaşlı qıza təcavüz edən idmançının adı klubun tarixindən silindi - FOTO

22 Yan, 2022
05:04
4631

12 yaşlı qıza təcavüz edən idmançının adı klubun tarixindən silindi - FOTO

Təcavüz etirafı edən amerikalı xokkeyçi Rid Buşerin ilk klubu olan Kanadanın “Sarnia Stinq”i  onun adını komandanın tarixindən silib.

Ontarionun Hokkey Liqasının klubu bəyanat yayıb ki, komanda Buşerin belə bir cinayətdə əli olmasından xəbərsiz olub. “Sarnia Stinq” Buşeri klubun rekordçuları siyahısından çıxarıb.

Qeyd edək ki, oyunçu 2012/2013 mövsümündə 62 şayba vuraraq rekorda imza atıb. Bu nailiyyətin üstündən xətt çəkilib. Onun yerini Stiven Stamkos tutub.

Qeyd edək ki, 2021-ci ilin dekabrın 13-də Buşer məhkəmə ilə razılığa gəldikdən sonra 17 yaşında olarkən 12 yaşlı qızı zorladığını etiraf edib. Bundan əvvəl birinci dərəcəli seksual xarakterli cinayət törətməkdə ittiham olunan Buşeri 25 ilə qədər həbs cəzası gözləyirdi.

Buşer Milli Xokkey Liqasındakı çıxışları ilə tanınır. Amerikalı hokkeyçi “Nyu Cersi Devils”, Neşvilll Predators” və “Vankuver Cenaks” komandalarında oynayıb.

O, Omsk (Rusiya) “Avanqard”ının tərkibində “Qaqarin” Kubokunu qazanan ilk ABŞ xokkeyçisi olub.

Kanadanın “Sarnia Stinq”i Buşenin karyerasında ilk klub idi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri