22 
Yan
2022
17:05
115
23
2041
Virtual karabakh

Azərbaycan millisi Avropa çempionatındakı ilk oyununa çıxır - VİDEO

22 Yan, 2022
17:05
2041

Azərbaycan millisi Avropa çempionatındakı ilk oyununa çıxır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futzal üzrə Avropa çempionatının final mərhələsindəki ilk rəqibimiz Gürcüstan yığması olacaq. İndiyədək komandalar 3-ü rəsmi görüş olmaqla, 9 matçda üz-üzə gəliblər.

Azərbaycan Futzal Federasiyasından verilən xəbərə görə, ilk duel 22 il əvvəl baş tutub və heç-heçə başa çatıb – 6:6. Ümumiyyətlə, bu 9 oyunun 7-də komandamız qələbə qazanıb. Bir matçda heç-heçə qeydə alınıb. Yeganə məğlub olduğumuz görüş isə 2013-cü ildə keçirilib – 1:2.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu millimiz D qrupundakı ilk oyununda Gürcüstan yığması ilə qarşılaşacaq. Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da oynanılacaq görüş bu gün Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Matçı fransalı referi Sedrik Pelisye idarə edəcək. Digər hakimlər isveçrəli Daniel Matkoviç və xorvatiyalı Nikola Yeliç olacaqlar.

Koronavirus pandemiyası səbəbindən oyun azarkeşsiz keçiriləcək.

Bu qrupun digər oyununda İspaniya millisi Bosniya və Herseqovinanı sınağa çəkəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri