24 
Yan
2022
15:40
87
109
2341
Virtual karabakh

Xan: “Rusiyanın Azərbaycandan öyrənəcəyi çox şey var” - MÜSAHİBƏ

24 Yan, 2022
15:40
2341

Xan: “Rusiyanın Azərbaycandan öyrənəcəyi çox şey var” - MÜSAHİBƏ

Rusiya Karate Federasiyasının vitse-prezidenti Viktor Xan 21-22 yanvar tarixlərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş VI “Arpachay Open” turniri üçün Bakıda olub.

Oxu.Az Karate üzrə SSRİ çempionu, 7-ci dan kəmərin sahibi, 62 yaşlı Xandan müsahibə götürüb.

– Bilirəm ki, bu, Bakıya ilk səfəriniz deyil. Əvvəl hansısa turnir üçün Bakıya gəlmisinizmi?

– Bəli. “Baku Open”a dəvət olunmuşam. Ümumiyyətlə, Bakıya gəlmək mənə hər zaman zövq verir. Şəhər təmiz və gözəldir, mətbəxi də əladır (gülür). Həmçinin burda dostlarım var. Hazırda Azərbaycan karate üzrə dünya reytinqində minimum ilk “üçlük”dədir. Azərbaycanın kişi və qadın millisi əvvəllər Avropa çempionu olub. Federasiyalararası bir-birimizlə daim ünsiyyətdə oluruq və bir-birimizə kömək etməyə çalışırıq.

– Bildiyiniz kimi, bu yarış azyaşlılar və gənclər arasında keçirilir. Belə turnirlərin Azərbaycan karatesinin gələcəyini görmək baxımından nə kimi xeyri var?

– Əlbəttə, belə turnir Azərbaycanda karatenin inkişafına kömək edir. İnsanlar bu yarışa baxmaq üçün gəlir. Görürəm ki, burda yarışan uşaqlar da çox yaxşıdır. Bütün karatedə görülən işlər federasiyanın, başda Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun gördüyü işlərin nəticəsidir. Bizim Rusiya olaraq karatedə Azərbaycandan öyrənəcəyimiz çox şey var.

– Azərbaycan Olimpiadada iki gümüş medal qazandı. Rusiyada bu uğurlar barədə nə deyirlər?

– İstənilən halda, Rafael Ağayev dünya karatesinin dahisidir. O, əfsanədir, beşqat dünya çempionudur. Mən əmin idim ki, o, Olimpiya çempionu olacaq. Ancaq idmanda uduzmaq da var. İrina Zaretskayaya da əhsən düşür. Yaşar Bəşirov onu vaxtında kəşf etdi. 2014-cü ildə onun istedadını gördü və Azərbaycan millisinə cəlb etdi.

– Yeri gəlmişkən, İrina Zaretskaya Azərbaycanda ilin idmançısı seçildi. Çünki o, ötən il dünya və Avropa çempionluğunu da qazandı...

– Bir daha təkrar edirəm. Yalnız Yaşar əvvəlcədən onun idmançı potensialını görə bilərdi. Nəticəsi də bəllidir. O indi Azərbaycanın ən yaxşı idmançısı hesab olunur.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri