26 
Yan
2022
21:58
19
86
1162
Virtual karabakh

Futnet Federasiyasının 2021-ci il üçün hesabat konfransı olub - FOTO

26 Yan, 2022
21:58
1162

Futnet Federasiyasının 2021-ci il üçün hesabat konfransı olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Futnet Federasiyası (AFNF) 2021-ci idman ilinin yekunlarına dair hesabat konfransı keçirib.

Oxu.Az xəbər verir ki, tədbirdə öncə federasiya prezidenti Vüsal Xəlilov çıxış edərək konfransın nəyə həsr olunacağı ilə bağlı məlumat verib. Daha sonra AFNF-in baş katibi Əfqan Həmzəyev arxada qalan ilə dair hesabatı məruzə edib.

Konfransda Gənclər və İdman Nazirliyinin rəsmiləri, federasiyanın məsul şəxsləri çıxış edərək qarşıda duran vəzifələrdən və görüləcək işlərdən danışıb.

Federasiyanın 2021-ci ildə futtennis və futvole idman növləri üzrə gördüyü işlərlə bağlı ayrıca hesabatı təqdim edilməklə yanaşı, bu il üçün yuxarıda sadalanan idman növləri və yeni təsis edilən teqbal üzrə yarışların qrafiki və tədbirlərin vaxtları açıqlanıb. Tədbirdə həmçinin, futtenis və futvole üzrə millimizin beynəlxalq yarışlardakı çıxışları da dəyərləndirilib.

İlin yekununda fərqli idman növləri (futtennis, futvole və teqbal) üzrə müxtəlif nominasiyaların qalibləri də məlum olub. Qaliblərə AFNF-in sertifikatları və hədiyyələr, hesabat konfransında iştirak edən mətbuat nümayəndələrinə isə hədiyyələr təqdim edilib.

FOTO: Kərim Abbasov

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri