28 
Yan
2022
11:56
88
16
2571
Virtual karabakh

Braziliyalı qolkiperə verilən iki qırmızı vərəqə VAR nəticəsində ləğv edildi - VİDEO

28 Yan, 2022
11:56
2571

Braziliyalı qolkiperə verilən iki qırmızı vərəqə VAR nəticəsində ləğv edildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliyalı qapıçı Alisson Beker müasir futbolun tarixinə düşüb.

Belə ki, təcrübəli qapıçı oyunun gedişatında iki dəfə qırmızı vərəqə alsa da, VAR nəticəsində hakim ona verdiyi hər iki qırmızı vərəqə qərarını ləğv edib.

Qeyd edək ki, bu gecə Qətərdə keçiriləcək futbol üzrə Dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Ekvador Braziliyanı qəbul edib.

Oyun 1:1-lik bərabərliklə bitib.

31-ci dəqiqədə baş hakim Bekerə qırmızı vərəqə göstərsə də, video-təkrara baxdıqdan sonra qərarını ləğv edib.

İkinci dəfə isə hakim uzatma dəqiqələrində eyni halı təkrarlayıb.

Məlumat üçün əlavə edək ki, DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonasındakı digər oyunlarda Argentina Çili üzərində qazandığı 1:2 hesablı qələbə ilə liderlə xal fərqini 4-ə endirib. Uruqvay isə Luis Suaresin qolu ilə Paraqvaya qalib gəlib (0:1).

Bu nəticədən sonra Braziliya millisi 36 xalla 1-ci pillədə qərarlaşıb. İkinci sırada 32 xalla Argentina millisi gəlir. 

Qeyd edək ki, tura bu gün keçiriləcək Kolumbiya – Peru, Venesuela – Boliviya matçları ilə yekun vurulacaq.

Mənbə: Marca

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri