29 
Yan
2022
01:56
14
105
2182
Virtual karabakh

Çində Olimpiya Oyunlarının ölümcül təhlükəsi açıqlandı - FOTO

29 Yan, 2022
01:56
2182

Çində Olimpiya Oyunlarının ölümcül təhlükəsi açıqlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qlobal istiləşmə Qış Olimpiya Oyunlarının gələcəyini təhlükə altına qoyur, süni qar isə vəziyyəti daha da pisləşdirir.

Bu nəticəyə Böyük Britaniyanın Loughboro Universitetinin mütəxəssisləri gəliblər. Onlar öz tədqiqatlarında süni yağıntıları ölümcül adlandırıblar.

Araşdırmada bildirilir ki, iqlim dəyişikliyinə görə 2050-ci ilə qədər Oyunların əvvəllər keçirildiyi şəhərlərin əksəriyyətində qış idman yarışları üçün kifayət qədər qar olmayacaq. Artıq 2022-ci ildə Olimpiadanın çinli təşkilatçıları süni qara ehtiyac duyublar. Ancaq idmançılar və alimlər belə qarın yarış iştirakçılarının həyatı üçün təhlükə yarada biləcəyindən narahatdırlar.

Britaniyalı mütəxəssislərin hesabatına görə, süni qarın 30 faizi buz, 70 faizi havadır. Eyni zamanda, əsl qarda cəmi 10 faiz buz və 90 faiz hava var.

“Xizək enişləri üçün yolarr süni qardan hazırlandıqda, onlar sərt olur. Bu, idmançılar üçün təhlükəlidir. Keçmişdə ölüm halları olub”, - şotlandiyalı fristaylçı Laura Donaldson tədqiqatçılara bildirib.

Bundan əlavə, ekoloqlar süni qarın ətraf mühitə təsirindən narahatdırlar. Onlar qeyd edirlər ki, Pekin Qış Olimpiya Oyunları üçün 145 milyon litr su lazım olub, baxmayaraq ki, Oyunların keçiriləcəyi Çjantszyakou dairəsi su çatışmazlığından əziyyət çəkir.

Daha əvvəl də bildirilmişdi ki, yarış sözügedən quraqlıq bölgədə vəziyyəti xeyli gərginləşdirə bilər.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri