28 
Yan
2022
16:52
211
31
2715
Virtual karabakh

Dünyanın ən bahalı futbolçularından biri: “İnəklərə baxmaq mənim xəyalımdır” - FOTO

28 Yan, 2022
16:52
2715

Dünyanın ən bahalı futbolçularından biri: “İnəklərə baxmaq mənim xəyalımdır” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Norveç millisinin və Dortmund “Borusiya”sının hücumçusu Erlinq Holand maraqlı açıqlama verib.

Oxu.Az xəbər verir ki, 21 yaşlı forvard karyerasını bitirdikdən sonra görəcəyi iş haqında danışıb.

Norveçli oyunçu futbolla vidalaşdıqdan sonra ferma alacağını deyib:

“Fermada olmaq, traktor sürmək və inəklərə baxmaq mənim xəyalımdır. Karyeramı bitirdikdən sonra etmək istədiyim şey budur. Futbolla vidalaşdıqdan sonra kiçik bir ferma alacağam”.

Qeyd edək ki, Erlinq Holand 2000-ci ildə İngiltərənin Lids şəhərində anadan olub. Həmin vaxt onun atası Alf-İnqe Holand “Lids” klubunun futbolçusu olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri