17 
Mar
2022
14:36
12
201
2635
Virtual karabakh

MMA döyüşçüsü debütdən iki gün sonra öldü

17 Mar, 2022
14:36
2635

MMA döyüşçüsü debütdən iki gün sonra öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

MMA döyüşçüsü Kristian Lubenqa debüt döyüşündə nokautla məğlub olduqdan sonra xəstəxanada ölüb.

27 yaşlı döyüşçü martın 12-də ABŞ-ın Massaçusets ştatının Sprinqfild şəhərində AMMO Döyüş Liqasının himayəsi altında həvəskarlar arasında keçirilən turnirdə iştirak edib. Lubenqa üçüncü raundda rəqibi Kodi Makkraken tərəfindən nokauta salınıb, sonra isə xəstəxanaya göndərilib.

Lubenqa döyüşdən iki gün sonra vəfat edib. İdmançının ölüm səbəbi məlum deyil. Ailəsi meyitin yarılma nəticələrini gözləyir.

Konqo əsilli idmançı Braziliyada ciu-citsu, tay boks və kapoeyra ilə məşğul olub. İdmançının məşq yoldaşları Lubenqanın “Ultimate Fighting Championship” (UFC) çempionatında oynamaq arzusunda olduğunu deyiblər.

Mənbə: MMA News

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri