26 
Mar
2022
16:48
150
36
2600
Virtual karabakh

Azərbaycanlı karateçi Sarayevoda nə qədər pul qazanıb? - FOTO

26 Mar, 2022
16:48
2600

Azərbaycanlı karateçi Sarayevoda nə qədər pul qazanıb? - FOTO

Karate üzrə II Avropa Oyunlarının qalibi Asiman Qurbanlı Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Qran-pri turnirinin “Top Ten” yarışında bürünc medal qazanıb.

Oxu.Az xəbər verir ki, turnirə 12 idmançı dəvət alıb.

A.Qurbanlıdan başqa mükafatlar uğrunda Emil Pavlov, Petar Zaborski (hər ikisi Şimali Makedoniya), Nikola Maloviç (Monteneqro), Qabor Harşpataki, İv Marsyal Tadissi (hər ikisi Macarıstan), Riyad Cuxo (Bosniya və Herseqovina), Mikele Martina (İtaliya), Ərman Əltemur (Türkiyə), Ancelo Kvesiç, Enes Qariboviç (hər ikisi Xorvatiya) və Boqdan Trikoş (Serbiya) mübarizə aparıb.

Dörd qrupa bölünən idmançılar mütləq çəki dərəcəsində döyüşüb. Dairəvi sistemlə yarışın mükafatçıları topladığı ballar əsasında təyin edilib. Qalibə 2 min avro, ikinci yeri tutan idmançıya 1 000 avro, üçüncü pilləyə çıxanların hər birinə isə 500 avro pul mükafatı verilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri