27 
Mar
2022
20:16
201
16
2056
Virtual karabakh

Sərbəst güləşçilərimizin Avropa çempionatındakı ilk rəqibləri AÇIQLANDI – SİYAHI

27 Mar, 2022
20:16
2056

Sərbəst güləşçilərimizin Avropa çempionatındakı ilk rəqibləri AÇIQLANDI – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start veriləcək.

Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, qitə birinciliyinin ilk üç günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq.

Bu gün püşkatma mərasimi keçirilib və bu növdə ölkəmizi təmsil edəcək idmançıların rəqibləri müəyyənləşib.

Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində İspaniya təmsilçisi Levan Metreveliylə qarşılaşacaq.

İslam Bazarqanov (61 kq) ilk görüşdə almaniyalı Viktor Lizenlə üz-üzə gələcək.

Yarışın reytinq favoriti olan Hacı Əliyev (65 kq) mübarizəyə 1/4 finaldan qoşulacaq. Millimizin liderinin bu mərhələdə rəqibi Munir Aktaş (Türkiyə) - Kuentin Stiker (Fransa) görüşünün qalibi olacaq.

Zirəddin Bayramov (70 kq) 1/8 finalda macar Daniel Antalla münasibətləri aydınlaşdıracaq.

Turan Bayramov (74 kq) 1/8 finalda bolqarıstanlı Ali Umarpaşayevlə gücünü sınayacaq.

Əşrəf Aşırov (79 kq) ilk mərhələdə bolqar Miroslav Kirovu sınağa çəkəcək.

Abubakr Abakarov (86 kq) 1/8 finalda moldovalı Denis Balaurla qarşılaşacaq.

Osman Nurmaqomedov (92 kq) yarışa 1/4 finaldan start verəcək. Onun ilk rəqibi ya Simyone Yannattoni (İtaliya), ya da Radoslav Marçinkieviç (Polşa) olacaq.

Maqomedxan Maqomedov (97 kq) təsnifat mərhələsində litvalı Lukas Krasauskasa qalib gəlməyə çalışacaq.

Aydın Əhmədov (125 kq) debütdə alban Paris Karepi ilə qarşılaşacaq.

Qeyd edək ki, sabah 57, 65, 70, 79 və 97, ertəsi gün isə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən güləşçilər mübarizəyə başlayacaq.

Görüşlər hər gün Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri