28 
Mar
2022
10:52
130
20
3046
Virtual karabakh

Kanada millisi 36 illik həsrətə son qoydu

28 Mar, 2022
10:52
3046

Kanada millisi 36 illik həsrətə son qoydu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə dünya çempionatına vəsiqə qazanan daha bir komanda müəyyənləşib.

Oxu.Az xəbər verir ki, seçmə mərhələdə Yamaykanı 4:0 hesabı ilə məğlub edən Kanada yığması mundialda iştirak hüququna yiyələnib.

Torontodakı qarşılaşmadan sonra 28 xalla turnir cədvəlinə başçılıq edən Kanadanın ilk “üçlüy”ü tərk etməyəcəyi dəqiqləşib. Bununla kanadalılar 36 illik həsrətə son qoyub. Buna qədər komanda birinci və sonuncu dəfə 1986-cı ildə mundialda iştirak edib.

Qeyd edək ki, Qətərdə keçiriləcək dünya çempionatında Kanadadan başqa daha 19 ölkənin iştirakı dəqiqləşib. Belə ki, Avropadan Almaniya, Danimarka, Fransa, Belçika, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland, Cənubi Amerikadan Braziliya, Argentina, Ekvador, Uruqvay, Asiyadan meydan sahibləri, İran, Cənubi Koreya, Yaponiya və Səudiyyə Ərəbistanı mundialda mübarizə aparacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri