28 
Mar
2022
15:52
475
8
1984
Virtual karabakh

Avropa çempionatında uğurlu çıxış: Güləşçimiz erməni rəqibinə vaxtından əvvəl qalib gəldi

28 Mar, 2022
15:52
1984

Avropa çempionatında uğurlu çıxış: Güləşçimiz erməni rəqibinə vaxtından əvvəl qalib gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın sərbəst güləşçisi Əşrəf Aşırov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.

Oxu.Az xəbər verir ki, 79 kq çəki dərəcəsində çıxış edən idmançı əvvəlcə Miroslav Kirova 9:0 hesabı ilə qalib gəlib.

O, 1/4 finalda Ermənistan təmsilçisi Arman Avaqyanla qarşılaşıb. 1 dəqiqə 51 saniyə sonra 11:0 hesablı üstünlüyə görə görüş dayandırılıb və Aşırov yarımfinala yüksəlib. Onun 1/2 finaldakı rəqibi Vadimeri Qamkrelidze (Gürcüstan) olacaq.

57 kq-da Əliabbas Rzazadə gürcü əsilli Levan Metreveli Martanova (İspaniya) 7:0 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Mikyay Salim Naimlə (Bolqarıstan) qarşılaşacaq.

65 kq-da Hacı Əliyev Munir Rəcəp Aktaşa 12:6 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Üçqat Avropa çempionumuzun 1/2 finaldakı rəqibi Maksim Sakultan (Moldova) olacaq.

70 kq-da Zirəddin Bayramov meydan sahibi idmançısı Daniel Antalı (Macarıstan) 10:6 hesabı ilə məğlub edib. O, 1/4 finalda Fati Veyseli (Şimali Makedoniya) ilə qarşılaşacaq.

97 kq-da Məhəmmədxan Məhəmmədov Lukas Krasauskasa (Litva) 12:2 hesabı ilə qalib gəlib. Dağıstan əsilli idmançı 1/4 finalda Elizbar Odikadze (Gürcüstan) üzərində 14:7 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri