28 
Mar
2022
16:20
16
190
2248
Virtual karabakh

De Byazi: “Əgər 3 ötürmə ardıcıl verə bilmiriksə...”

28 Mar, 2022
16:20
2248

De Byazi: “Əgər 3 ötürmə ardıcıl verə bilmiriksə...”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi və komandanın kapitanı Maksim Medvedevin iştirakı ilə Maltada mətbuat konfransı keçirilib.

Oxu.Az xəbər verir ki, sabah Maltada Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək Azərbaycan - Latviya oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında səsləndirilən fikirləri diqqətinizə çatdırırıq.

Canni De Byazi: “Əminəm ki, komandam daha yaxşı oyun göstərə bilər. İlk növbədə özümüzə inanmalı və taktiki baxımdan inkişaf etməliyik. Malta ilə oyunda taktiki problemlərimiz oldu. Futbolçularla bu barədə danışdım. İki məşq keçməyimizin də buna təsiri oldu. Əgər yaxşı oyun göstərsək, futbolçular öz mövqelərində bacardıqlarını edə bilsələr, nəticə qazanmaq mümkün olar. Nə zaman yaxşı oynasaq, topla rahat davransaq, bir-birimizi meydanda dəstəkləsək, hər bir rəqibə qarşı oynaya bilərik. Futbolda mümkün olmayan bir şey yoxdur. Bunun üçün ən əsası özümüzə inanmalıyıq.

Rəqibdən daha istəkli, aqressiv olmalıyıq. Əgər 3 ötürmə ardıcıl verə bilmiriksə, burada hücum futbolundan söhbət gedə bilməz. Malta ilə oyunda taktiki problemlər ola bilər, amma texniki çatışmazlıqlar da var idi. Bu baxımdan inkişaf etməliyik. Birinci hissədə 2-3 epizod oldu ki, son ötürmələr düzgün olsaydı, təhlükəli ola bilərdik. Sabah dinamik və gənc komandaya qarşı oynayacağıq. Əvvəlki sistemə qayıdırıq. Bu üzdən matçdan sonra bəhanə olmayacaq. Sabah hamımız milli forma altında Azərbaycan bayrağı üçün mübarizə aparmalıyıq. Bədavi Hüseynovdan başqa hamı hazırdır. Heyəti görmək üçün tələsməyək, sabahı gözləyək”.

Maksim Medvedev: “Malta ilə oyunda fərqli oyun sistemi ilə çıxış etdik. Bunları lövhədə göstərmək mümkündür, meydanda etmək isə çox çətindir. Çünki hər bir futbolçu həmin situasiyanı dərk etməlidir. Bəzi məqamlarda futbolçular tapşırıqları düzgün yerinə yetirməyəndə xaos yaranır. Heç kim belə olmasını istəmirdi.

İrlandiyaya qarşı daha yaxşı hücumlar qururduq. Malta onlardan səviyyəcə aşağı olsa da, biz ikinci nömrə kimi oynayırdıq. Uşaqlar bir-birini başa düşə, uyğunlaşa bilmirdilər. Bəzən meydanda xaos yaranırdı. Psixoloji və media tərəfdən üstümüzə hücumlar gəlir. Bəzi futbolçular sosial şəbəkələrə baxır, təzyiqləri qəbul edə bilmirlər. Rahat çıxsalar, Maltaya 2-3 qol vurarlar. Elə oyunlar olur ki, gah eniş, gah artım olur. 90 dəqiqəni eyni səviyyədə keçirmək lazımdır”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri