31 
Mar
2022
13:12
142
27
3286
Virtual karabakh

Azərbaycan güləşçisinə qalib gəlib San-Marinonun tarixinə düşən idmançı: “Sol ayağı ən yaxşı müdafiəsidir”

31 Mar, 2022
13:12
3286

Azərbaycan güləşçisinə qalib gəlib San-Marinonun tarixinə düşən idmançı: “Sol ayağı ən yaxşı müdafiəsidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatının finalında Azərbaycan idmançısı Əbubəkr Abakarova qalib gələn Maylz Amin San-Marinonun tarixinə düşüb.

Oxu.Az-ın xəbərinə görə, güləşçimizə 9:5 hesabı ilə qalib gələn, ABŞ doğumlu, Livan əsilli idmançı Avropa çempionu olmaqla San-Marinonun ilk bu titula yiyələnən atleti olub. Tokio Olimpiadasında da bürünc medal qazanmaqla tarixə düşmüş 25 yaşlı idmançı final barədə təəssüratlarını bildirib:

“O, gözəl idmançıdır. İlk cəhdimdə ondan çox asan xal qazandım və bundan sonra özümü rahat hiss etdim. Onun sol ayağı ən yaxşı müdafiəsidir. Ona görə də hücumu daha sonra sağ ayağı üzərindən etdim və bu işə yaradı. O elə bir oğlandır ki, başqa cür etsəydim, əks halda güman ki mən bu matçı uduzacaqdım.

2 həftə əvvəl NCAA-nın (ABŞ-ın güləş üzrə I divizionu) finalında ağır məğlubiyyət almışdım. İndi isə Avropa çempionatının finalında qalib gəldim. ABŞ-da uduzduğum finalı unutmaq üçün Avropa çempionatına qatılıb burda qalib gəldiyim üçün şadam. Etiraf etməliyəm ki, son 10 ayda Allahın mənə xeyir-duası ilə bu nəticələrə nail oldum.

Bir neçə həftə istirahət edib, yenidən mübarizəyə qayıdacağam. Çünki Olimpiadadan sonra bu istirahət işə yaramışdı. İndi nəzəri cəhətdən özümü təkmilləşdirməyə çalışacağam. Əminəm ki, parterdə özümü yaxşılaşdırmağım lazım gələcək”.

Qeyd edək ki, bu, Maylz Aminin 3-cü Avropa medalıdır. Ardıcıl 3-cü dəfə bu yarışın podiumuna çıxan Amin daha əvvəl 2020-ci ildə Romada gümüş və 2021-ci ildə Varşavada bürünc medal qazanıb.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri