Apr
2022
18:56
35
200
3555
Virtual karabakh

Dünya çempionatının mükafatçısı 20 yaşında karyerasını bitirdi - FOTO

5 Apr, 2022
18:56
3555

Dünya çempionatının mükafatçısı 20 yaşında karyerasını bitirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bədii gimnastika üzrə dünya çempionatının gümüş və bürünc mükafatçısı, 20 yaşlı rusiyalı idmançı Yelena Yeryomina peşəkar gimnastikadan getdiyini açıqlayıb.

“Mən peşəkar idmanı bitirmişəm”, - deyə o, “Telegram” hesabında yazıb.

“Bu, həyatımda çətin və vacib qərardır. Mən bunu 2021-ci ilin noyabrında məşqçimlə birlikdə qərara almışam və indi səsləndirmək istəyirəm”.

İdmançı səhhətində yaranan problemlərə görə karyerasını bitirmək məcburiyyətində qaldığını qeyd edib.

Yelenanın sözlərinə görə, ağrıkəsicilərin gündəlik istifadəsinə baxmayaraq, artıq bütün bədəndə olan daimi ağrıya dözə bilmir.

2017-ci ildə Dünya Çempionatının gümüş və bürünc medalını qazanan Yelena 2016-cı ildə Avropa çempionatının da gümüş mükafatçısı olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri