Apr
2022
04:25
178
70
4280
Virtual karabakh

FIFA prezidenti İran millisinin dünya çempionatından kənarlaşdırılmaq ehtimalına münasibət bildirib

6 Apr, 2022
04:25
4280

FIFA prezidenti İran millisinin dünya çempionatından kənarlaşdırılmaq ehtimalına münasibət bildirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

FIFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎) prezidenti Canni İnfantino İran millisinin Qətərdə keçiriləcək dünya çempionatından kənarlaşdırılmasına dair gəzən söz söhbətlərə münasibət bildirib.

“Gəlin ciddi olaq, xahiş edirəm. İtaliya demək olar ki, həmişə dünya çempionatlarında iştirak edir, digər ölkələr daha tez-tez iştirak etmək istəyir və digər ölkələrə daha çox ümid vermək vacibdir. Uşaqlıqda yaşadıqlarımı düşünürəm və təəssüf edirəm ki, digər uşaqlar mənim əldə etdiyim imkanlardan yararlana bilməyiblər. Bu bölünmüş dünyada bir araya gəlmək və birlikdə idman yarışlarında iştirak etmək şansının daha çox olması vacibdir”, – deyə FIFA prezidenti vurğulayıb.

Xatırladaq ki, "Sky Sports"un məlumatına görə, İran hökuməti qadınların ölkədəki stadionlara getməsinin qadağan etməsi ilə əlaqədar bu ölkə millisinin Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatından kənarlaşdırılmaq ehtimalının olduğunu yazıb.

Mənbə: Football Italia

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri