13 
Yan
2015
19:21
30
77
7939
Virtual karabakh

Avropa Oyunlarının ulduz səfirləri məlum oldu – SİYAHI + FOTO

13 Yan, 2015
19:21
7939

Avropa Oyunlarının ulduz səfirləri məlum oldu – SİYAHI + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onların hər biri bir idman növünü təmsil edəcək.

Bu gün Bakı Muğam Mərkəzində Bakı 2015 Avropa Oyunlarının ulduz səfirləri seçilib.

Oxu.Az xəbər verir ki, seçim şou-biznes, ictimaiyyət və televiziya nümayəndələri arasında baş tutub.

Avropa Oyunlarının ulduz səfirləri seçilənlər arasında Eldar Qasımov, Nikki Camal, Tünzalə Ağayeva, Murad Dadaşov, İlkin Həsəni, Röya, Cabir İmanov, Tahir İmanov, Rafael İsgəndərov, Coşqun Rəhimov, Miri Yusif, Dj Shock, Bəhram Bağırzadə də var.

Ulduzların hər biri bir idman növünü təmsil edəcək.

Tədbirdə bildirilib ki, ulduz elçilər iyunun 12-də başlayacaq idman tədbirləri haqqında müraciətlərini və mesajlarını bölüşmək məharətindən istifadə etməklə Bakı 2015 Avropa Oyunlarının Azərbaycan və Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq.

Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq oyunların təbliğ olunmasında iştirak edən elçilərə uğurlar arzulayıb:

“Bizə göstərdikləri dəstəyə görə ulduz elçilərimizin hər birinə təşəkkür edir və qarşıdan gələn aylarda onlarla birgə işləməyi səbirsizliklə gözləyirik”.

İdman növləri üzrə seçilən ulduz səfirlər:

Eldar Qasımov və Nikki Camal badminton üzrə ulduz səfiri

Dj Shock atletika üzrə ulduz səfiri

Miryusif basketbol üzrə ulduz səfiri

Röya avarçəkmə üzrə ulduz səfiri

Tünzalə Ağayeva atıcılıq üzrə ulduz səfiri

Murad Dadaşov su idmanı üzrə ulduz səfiri

İlkin Həsəni velosiped idmanı üzrə ulduz səfiri

Cabir İmanov və Tahir İmanov voleybol üzrə ulduz səfiri 

Rafael İsgəndərov və Coşqun Rəhimov stolüstü tennis üzrə ulduz səfiri

Bəhrəm Bağırzadə çimərlik futbolu üzrə ulduz səfiri

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri