Apr
2022
12:16
449
57
4303
Virtual karabakh

İtalyan məşqçi Azərbaycan millisini “qorxaq” və “xaraktersiz” adlandırdı

7 Apr, 2022
12:16
4303

İtalyan məşqçi Azərbaycan millisini “qorxaq” və “xaraktersiz” adlandırdı

“Azərbaycan millisi ilə bağlı problem çox az vaxtın olmasıdır. Malta və Latviya ilə oynadıq, hər ikisinə 0:1 hesabı ilə uduzduq və yeni sistemi sınadıq”.

Oxu.Az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibəsində deyib.

İtaliyalı mütəxəssis mərkəz hücumçusu ilə bağlı problemlərinin olması ilə bağlı sualı belə cavablandırıb:

“Komandada çatışmazlıqlar var. Bunun fonunda nə qurduğumuzu dərk etməkdə çətinlik çəkirik. Problemin üzərində işləyirəm. Komanda ilə bağlı digər problem xarakterdir. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən. Hələlik buna təsir edə və ruhumu qorxaq komandaya verə bilmirəm”.

Çalışdırıcı iyunda start götürəcək Millətlər Liqasında sıx qrafiklə oynayacaqlarını da sözlərinə əlavə edib:

“Yığmalarla bağlı problemlər mövcuddur. 12 gün ərzində Millətlər Liqasında 4 oyun keçirəcəyik. Bunu edəcək futbolçularım belə yoxdur! Bəzi şeylər bizi təəccübləndirir”.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında C Liqasının III qrupunda Slovakiya, Belarus və Qazaxıstanla mübarizə aparacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri