Apr
2022
01:16
31
119
3443
Virtual karabakh

Konfrans Liqası: “Marsel”dən qələbə, “Roma” uduzdu – YENİLƏNİB + VİDEO

8 Apr, 2022
01:16
3443

Konfrans Liqası: “Marsel”dən qələbə, “Roma” uduzdu – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Günün ilk matçında olduğu kimi, son üç qarşılaşmada da meydan sahibləri uduzmayıblar.

“Marsel” evdə PAOK-a 2:1 hesabı ilə qalib gəlib.

Turnirin favoritlərindən “Roma” Norveçdə “Budyo Qlimt”ə uduzub - 1:2.

İngiltərədə “Lester” və PSV arasında baş tutan görüşdə isə qolsuz heç-heçə qeydə alınıb.

UEFA Konfrans Liqası, 1/4 final
İlk oyunlar
7 aprel

“Marsel” (Fransa) - PAOK (Yunanıstan) - 2:1
Qollar:
 Jerson Santos, 13. Dmitri Payet, 45 - Ömər Əl-Kədduri, 48

“Lester” (İngiltərə) - PSV (Niderland) - 0:0

“Budyo Qlimt” (Norveç) – “Roma” (İtaliya) - 2:1
Qollar:
 Ulrik Saltnes, 56, Uqo Vetlesen, 89 - Lorentso Pelleqrini, 43

23:18

UEFA Konfrans Liqasında 1/4 final mərhələsi start götürüb.

Gecənin ilk matçında Çexiyanın “Slaviya” (Praqa) klubu Niderlandda “Feyenord”la üz-üzə gəlib.

Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Komandalar arasında cavab matçı aprelin 14-də olacaq.

UEFA Konfrans Liqası, 1/4 final

İlk oyunlar

7 aprel

20:45. “Feyenord” (Niderland) - “Slaviya” (Çexiya) - 3:3

Qollar: Luis Sinisterra, 10. Markos Senesi, 74, Orkun Kökçü, 86 - Peter Olayinka, 41. İra Sor, 67, İbrahim Traore, 90+5

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri