15 
Apr
2022
14:48
270
10
4973
Virtual karabakh

Ronaldo karyeraya başladığı klubun sahibi oldu

15 Apr, 2022
14:48
4973

Ronaldo karyeraya başladığı klubun sahibi oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabiq braziliyalı hücumçu, ikiqat dünya çempionu Ronaldo Braziliyanın “Kruzeyro” klubunun səhmlərinin 90 faizini satın alaraq komandanın sahibi olub.

Bu barədə klubun saytı xəbər verib.

Bu müqavilə keçmiş futbolçuya təxminən 70 milyon dollara (119 milyon manat) başa gəlib.

“Kruzeyro” Ronaldonun ikinci klubu oldu. O, həmçinin İspaniyanın “Valyadolid” klubunun sahibidir.

Qeyd edək ki, 1993-cü ildə Ronaldo 50 000 dollarlıq transfer müqabilində “Kruzeyro” ya keçib. Bu klubda 1993-cü ilin iyulundan 1994-cü ilin avqustuna kimi o, 57 qol vuraraq (onlardan 44-ü rəsmi matçlarda) klubun ən yaxşı bombardiri olub, bu da Avropa klubları arasında ona diqqətin artmasına gətirib. Belə bir başlanğıcdan sonra Ronaldo 1994-cü ildə “PSV”yə (Hollandiya) keçib və buradan da onun Avropa karyerası başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri