15 
Apr
2022
13:32
71
55
1041
Virtual karabakh

Kamandan oxatma millimizə əcnəbi məşqçi təyin olunacaq

15 Apr, 2022
13:32
1041

Kamandan oxatma millimizə əcnəbi məşqçi təyin olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Kamandan Oxatma millisinə Türkiyə və ya Cənubi Koreyadan olan baş məşqçi gətiriləcək.

Oxu.Az-ın xəbərinə görə, bunu Kamandan Oxatma Federasiyasının prezidenti Şahin Mövsümov deyib.

Onun sözlərinə görə, millini inkişaf etdirmək üçün əcnəbi məşqçinin təcrübəsinə ehtiyac var.

Qeyd edək ki, millimizin əvvəlki baş məşqçisi Moldovadan olan Sergey Qospodinov idi.

Federasiya rəhbəri prezident seçkisinin gecikmə səbəbini belə izah edib: "Sergey Qospodinovu 6-7 ay bundan öncə yola saldıq. Yeni baş məşqçi axtarırıq. Ona görə də Hesabat-Seçki Konfransı gec baş tutdu".

Mövsümov kamandan oxatmanın bahalı idman növü olduğunu söyləyib: "Federasiyaya yeni gələndə məşq etməyə yerimiz, avadanlıqlarımız da yox idi. Sadəcə, federasiyanın adı var idi. Qısa müddətdə milli komanda formalaşdırdıq. Qapalı idman kompleksimiz olmalı, regionlarda klublar açılmalıdır. Bütün planlar olimpiya lisenziyasına bağlıdır".

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri