28 
Apr
2022
16:16
140
7
1223
Virtual karabakh

Azərbaycanda yanğın təhlükəsizliyinə görə bir klub cəzalandırıldı, digərinə xəbərdarlıq edildi

28 Apr, 2022
16:16
1223

Azərbaycanda yanğın təhlükəsizliyinə görə bir klub cəzalandırıldı, digərinə xəbərdarlıq edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Oxu.Az xəbər verir ki, yığıncaqda Premyer Liqanın XXIV turunda baş verənlər müzakirə olunub.

“Sabah” – “Şamaxı” matçında oyun öncəsi dövlət yanğından mühafizə xidməti nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etməyib. Bu üzdən meydan sahibləri 400 manat cərimə olunub.

“Şamaxı”nın futbolçusu Flores Franko rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün qırmızı vərəqə aldığından, bir oyun cəzalanıb, klub 200 manat cərimələnib. Bölgə klubu dörd futbolçusu sarı vərəqə aldığı üçün 800 manat cərimə ödəyəcək.

“Səbail” – “Neftçi” oyununda qonaqların futbolçusu Ömər Buludov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün bir matçlıq cəza alıb. Onun klubu 200 manat ziyana salıb.

“Qəbələ” – “Qarabağ” oyununda dövlət yanğından mühafizə xidməti maşını oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi kluba xəbərdarlıq edilib. Ağdam klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat ziyana düşüb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri