May
2022
11:18
230
19
2638
Virtual karabakh

Bebetoya Şuşaya aid xatirə hədiyyəsi verildi - FOTO

1 May, 2022
11:18
2638

Bebetoya Şuşaya aid xatirə hədiyyəsi verildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Futnet Federasiyasının rəsmiləri futbol üzrə Braziliya yığmasının heyətində dünya çempionu olan Bebetonun qonağı olublar.

Federasiyanın mətbuat xidmətindən saytımıza daxil olan məlumata görə, Rio de Janeyro şəhərində veteran futbolçunun evində baş tutan görüşdə AFNF-in prezidenti Vüsal Xəlilov sabiq braziliyalı hücumçuya hədiyyələr təqdim edib.

Azərbaycanın rəmzlərini, tarixi və mədəni irsini özündə əks etdirən sovqatlarını Bebetoya çatdırmaqla yanaşı, V.Xəlilov və federasiyanın baş katibi Əfqan Həmzəyev ölkəmizdə futbolsevərlərin braziliyalının ecazkar oyununu unutmadıqlarını bildiriblər.

Azərbaycanda futtennis və futvolenin keçdiyi inkişaf yolundan bəhs edən qurum prezidenti gələcəkdə bu idman növlərinin daha da populyarlaşması üçün mühüm addımlar atılacağını, önəmli planlarının olduğunu söyləyib.

Baş katib Əfqan Həmzəyev Bakıda keçiriləcək beynəlxalq yarışlarda Bebeto kimi nüfuzlu qonağı görməkdən böyük məmnunluq duyacaqlarını, braziliyalının bu işə töhfə verəcəyini deyib.

1994-cü ildə dünya çempionatının əsas qəhramanlarından biri olan Bebeto görüş zamanı Beynəlxalq Futvole Federasiyasının rəhbəri Vüsal Xəlilova “7” nömrəli formasını imzalayaraq hədiyyə edib.

Azərbaycanlı federasiya rəsmilərini evində qəbul etməkdən böyük qürur hissi keçirdiyini vurğulayan “Ağ qızıl” ləqəbli keçmiş forvard Azərbaycan haqqında eşitdiyini və mütləq ölkəmizi görmək istədiyini bildirib.

Qeyd edək ki, 29 apreldə Braziliyanın Rio de Janeyro şəhərində futvole üzrə dünya çempionatının seçmə mərhələsi start götürüb. Turnirin qalibləri Bakıda baş tutacaq final mərhələsində qüvvəsini sınayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri