10 
May
2022
17:18
123
11
1551
Virtual karabakh

Dünya Kubokunda Azərbaycanın 107 idmançısı mübarizə aparacaq - FOTO/VİDEO

10 May, 2022
17:18
1551

Dünya Kubokunda Azərbaycanın 107 idmançısı mübarizə aparacaq - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

12-15 may tarixlərində Türkiyənin İstanbul şəhərində VII Beynəlxalq Türk Açıq çempionatı keçiriləcək. Bu ildən WAKO tərəfindən rəsmən Dünya Kuboku sayılan bu yarışda kikboksinqin K1, “Low Kick”, “Full Contact”, “Kick Light”, “Light Contact” və “Point Fighting” növləri üzrə mübarizə gedəcək.

Oxu.Az xəbər verir ki, bu yarışda Azərbaycanın yeniyetmə, gənclər, böyüklər və veteranlardan ibarət idmançıları da mübarizə aparacaqlar. Ümumilikdə qardaş ölkədə Azərbaycanın 107 idmançısı yarışacaq.

İlk dəfə bu yarışda Azərbaycan kikboksinqin “Point Fighting” (yarım-kontakt) növündə də təmsil olunacaq. 31 azərbaycanlı idmançı 14 çəki dərəcəsi (beşi qadın, doqquzu kişi) üzrə “Point Fighting”də qüvvəsini sınayacaq. Bu yarışda ilk “üçlüy”ə düşən idmançılarımız avqustda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarına lisenziya qazanacaqlar.

Bu məqsədlə Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Orxan Əliyev rəhbəri olduğu qurumun Tofiq Bəhramov adına Respublika stadionunda yerləşən təlim-məşq mərkəzində Türkiyədə yarışacaq idmançıları qəbul edib. O.Əliyev idmançılara inandığını, qardaş ölkədə bayrağımızı yüksəklərə qaldıracaqlarından şübhəsinin olmadığını bildirib və onlara uğurlar arzulayıb. O bildirib ki, özü də yarışı tribunadan canlı olaraq izləyəcək.

Qeyd edək ki, yarışda gənclər və yeniyetmələr üzrə yığmamızın baş məşqçisi Hikmət Hacıyev, “Point Fighting” üzrə böyük məşqçi İlqar Abbasov, məşqçi Müşfiq Hüseynov, Şahin Xudaverdiyev, “Full Contact” üzrə böyük məşqçi Telman Məhərrəmov, məşqçi Pərvin Məmmədov və Eduard Məmmədov idmançıları rinq və tatamiyə çıxaracaqlar. Dünya Kubokunun hakimləri arasında AKF-nin Hakimlər Kollegiyasının sədri Fəxrəddin Quliyev və onun müavini Aydın Ağabəyov da yer alacaqlar.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri