13 
May
2022
11:54
85
6
711
Virtual karabakh

Şəhriyar Məmmədyarov ABŞ şahmatçısı ilə qarşılaşacaq

13 May, 2022
11:54
711

Şəhriyar Məmmədyarov ABŞ şahmatçısı ilə qarşılaşacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində növbəti görüşünü keçirəcək.

Oxu.Az-ın məlumatına görə, 37 yaşlı qrosmeyster dairəvi sistemlə təşkil olunan yarışın VIII turunda ABŞ təmsilçisi Lenyer Domingeslə üz-üzə gələcək. O, ağ fiqurlarla oynayacaq.

Ş.Məmmədyarov VII turda rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib. Daha əvvəlki qarşılaşmalarına gəlincə, o, I turda Uesli Soya (ABŞ), V turda Fabiano Karuanaya (ABŞ) uduzub, II, III, IV və VI turlarda müvafiq olaraq, Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Danyel-Dayakla (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib. Təcrübəli şahmatçı hazırda 3 xalla 7-9 yerləri bölüşdürür.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş “Superbet Chess Classic” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri