14 
May
2022
17:37
278
38
3126
Virtual karabakh

Şəhriyar Məmmədyarov Aronyanla münasibətlərinə aydınlıq gətirib - YENİLƏNİB

14 May, 2022
17:37
3126

Şəhriyar Məmmədyarov Aronyanla münasibətlərinə aydınlıq gətirib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində sonuncu görüşünü keçirib.

Oxu.Az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın IX turunda ABŞ-ı təmsil edən Levon Aronyanla üz-üzə gəlib.

Qara fiqurlarla oynayan Məmmədyarov 36-cı gedişdə heç-heçəyə razılaşıb.

09:54

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində sonuncu görüşünü keçirəcək.

37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın IX turunda ABŞ-ı təmsil edən Levon Aronyanla üz-üzə gələcək. O, qara fiqurlarla oynayacaq.

Məmmədyarov I, V və VIII turlarda müvafiq olaraq ABŞ təmsilçiləri Uesli So, Fabiano Karuana və Lenyer Domingesə uduzub.

Təcrübəli şahmatçı II, III, IV və VI turlarda müvafiq olaraq Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Danyel-Dayak (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib, VII turda isə FIDE bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib.

Məmmədyarov hazırda 3 xalla Rapportla birlikdə 9-10-cu pillələri bölüşdürür. 5 xala malik Aronyan və So ilk pillələrdə yer alıb. So sonuncu qarşılaşmasında həmyerlisi Domingeslə oynayacaq.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri