15 
May
2022
16:53
374
39
1333
Virtual karabakh

“Bakı Marafonu”nda gümüş medal qazanan türkiyəli: “Söz verirəm ki, növbəti il çempion olacam”

15 May, 2022
16:53
1333

“Bakı Marafonu”nda gümüş medal qazanan türkiyəli: “Söz verirəm ki, növbəti il çempion olacam”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“1 saat 19 dəqiqəyə finişə gəlib çatdım. Daha yaxşı nəticə göstərə bilərdim. Ancaq rütubət mənim çıxışıma təsir etdi. Ona görə də çıxışım pis alındı. Halbuki bura çempion olmağa gəlmişdim. Amma ikincilik də yaxşıdır”.

Bunu Oxu.Az-a Heydər Əliyev Fondunun təşkil etdiyi Bakı Marafonunda qadınlarda gümüş medal qazanan Dilək Öztürk deyib.

O, növbəti il çempion olacağını deyib:

“Daha əvvəl Azərbaycanda olmadığım üçün bu mənim ilk “Bakı Marafonu”m idi. Bu yarış sayəsində ilk dəfə Azərbaycana gəldim.

Mən Türkiyədə qaçışla məşğul olan peşəkar idmançıyam. Bu yarışı eşidən kimi, bura gəlib həm yarışmaq, həm də Bakını görmək istədim. Növbəti illərdə də “Bakı Marafonu” keçirilərsə, qatılmağı düşünürəm. Mənim üçün çox gözəl yerdir, çox bəyəndim. Yarı buralı sayılıram mən də (gülür).

Növbəti il üçün sizə söz verirəm. Bu il ikinci oldum, amma növbəti il çempion olacağam”.

Qeyd edək ki, Dilək Öztürk bu uğuru sayəsində Bakını 2 min manat pul və gümüş medalla tərk edəcək.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri