16 
May
2022
22:01
18
311
2206
Virtual karabakh

“Formula-1”: Yollarda qazma 10 gün davam edəcək

16 May, 2022
22:01
2206

“Formula-1”: Yollarda qazma 10 gün davam edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxt Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi 2022-ə hazırlıq işləri davam edir.

Bakı Şəhər Halqasından verilən məlumata görə, tədbir çərçivəsində, quraşdırma işləri ilə əlaqədar 16 may, gecə saat 23:00-dan etibarən Üzeyir Hacıbəyov prospekti - Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov - Azadlıq prospektinin hərəkəti istiqamətində avtomobil yolu daralacaq.

Həmçinin, qeyd olunan saatdan etibarən Neftçilər prospekti ilə Rəsul Rza küçələrinin kəsişməsindən Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsinə qədər, yolun orta hissəsində kiçik qazma işləri aparılacaq. Qazma işləri on gün ərzində davam edəcək. Nəqliyyatın hərəkətində heç bir məhdudiyyət olmayacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri