17 
May
2022
09:38
15
118
2156
Virtual karabakh

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin trasında dəyişiklik edilib

17 May, 2022
09:38
2156

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin trasında dəyişiklik edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələn ay Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinin pit-leynində dəyişiklik edilib.

“Report” xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov açıqlamasında bildirib.

BŞH rəsmisi pit-leynə daxil olmaq üçün zonanı bir qədər dəyişdirdiklərini söyləyib: 

“Trasda heç bir dəyişiklik yoxdur. Lakin Beynəlxalq Avtomobil Federasiyası bizdən xahiş etdi ki, onu daha təhlükəsiz etməkdən ötrü pit-leynin girişində dəyişiklik aparaq. Görək, bu dəyişiklik hansı nəticələrə gətirib çıxaracaq. Düşünmürəm ki, pilotlar pit-leynə səhvə yol verəcək şəxslərdəndir. Dəyişiklik indiki və əvvəlki hissələrdə edilib. Yəni, formaya bir qədər düzəliş edilib”.

Qeyd edək ki, cari mövsüm “Formula 1” üzrə Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək. 2016-cı ildə Azərbaycandakı ilk “Formula 1” yarışının qalibi olan Niko Rosberq ("Mercedes) Bakı trasındakı pit-leyn girişlərini ən qorxulu zonalardan hesab edib. “Formula 1”in sabiq direktoru Maykl Masi Rosberqin fikri ilə razılaşmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri