17 
May
2022
11:39
195
12
1410
Virtual karabakh

Məktəblərdə “Basketbol sinfi” yaradılacaq

17 May, 2022
11:39
1410

Məktəblərdə “Basketbol sinfi” yaradılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Basketbol Federasiyasının son beş ayda gördüyü işin hesabatı açıqlanıb.

Oxu.Az-ın xəbərinə görə, federasiyanın seleksiya üzrə koordinatoru Zərbəli Sahibcanovun açıqladığı hesabatda fevraldan bəri altı zona üzrə 2010-2011 təvəllüdlü uşaqlar arasında regional yarışların təşkil olunduğu bildirilib.

Ümumilikdə yarışlarda 1416 komanda iştirak edib. Bunlardan 891-i oğlanlardan, 525-i qızlardan ibarət komandalar olub. İştirakçı uşaqların sayı 8038-i oğlan, 4687-i qız olmaqla, ümumilikdə 12725 nəfər olub. Burada əsas məqsəd olaraq uşaqlar arasında basketbola sevgini artırmaq və 6 ildən sonra peşəkar basketbolçuya çevrilmək potensialı olan 200-300 nəfər oğlan və qızları tapmaq qoyulub.

Həmçinin gənclərin basketbol inkişaf proqramı hazırlanıb. Bu proqrama əsasən, 20-30 uşaqdan ibarət “Basketbol sinfi” adlı siniflər yaradılacaq. Onlar əla məktəblərdə təhsil alacaq, rahat yataqxanada qalacaq, gündə 3 dəfə isti yeməklə qidalanacaq və basketbol üzrə peşəkar əcnəbi uşaq məşqçiləri tərəfindən təlimlər alacaqlar.

Növbəti mövsüm U-12, U-14, U-16 liqaları, Özəl Məktəblər Liqası, Universitet Liqası və Azərbaycan Super Liqası keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev dekabrdan etibarən Basketbol Federasiyasının prezidentidir.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri